Kişi öz dəfnində ayıldı, lakin sonra öldü – HİNDİSTANDA
Az.shafaqna.com “Samayam”-a istinadən xəbər verir ki, Hindistan sakini dəfnə hazırlıq zamanı özünə gəlib.
Hadisə Çittur rayonunda baş verib. Kişi huşsuz halda yerli kəndlərdən birində ağacın altında tapılıb. O, iki gün bu halda qalıb.
Sakinlər bu barədə yerli hakimiyyət orqanlarına məlumat veriblər. Rəsmilər gələrək onu müayinə ediblər və onun öldüyünü müəyyən ediblər.
Həmin kişini kəndin kənarında dəfn etmək planlaşdırılırdı. Lakin dəfnə hazırlıq zamanı o, ayılıb və oturub. Onu xəstəxanaya çatdırıblar. Bir sutka sonra isə o, vəfat edib.
Polis araşdırma aparır.