KİV: ABŞ husilərin Müdafiə Nazirliyinin binasına hücum edib

ABŞ “Ənsar Allah” hərəkatının nəzarətində olan Yəmənin Səna və Hudeydə şəhərlərinə silsilə zərbələr endirib.
Bu barədə mənbələrə istinadən “Al Hadath” telekanalı məlumat yayıb.
Məlumata görə, hərəkatın hərbi hədəfləri, o cümlədən Yəmənin paytaxtı Sənada yerləşən husi hökumətinin Müdafiə Nazirliyinin binası kütləvi hücuma məruz qalıb.
Hücumun nəticələri barədə məlumat verilmir.