KİV: “ABŞ Latın Amerikası regionunda daha bir Çin zondu aşkarlayıb”

KİV: “ABŞ Latın Amerikası regionunda daha bir Çin zondu aşkarlayıb”

ABŞ Latın Amerikası ərazisi üzərində daha bir, ehtimal ki, Çin kəşfiyyat zondu aşkarlayıb.

“Report” xəbər verir ki, bu barədə “CNN” Pentaqonun sözçüsü Patrik Rayderə istinadən məlumat yayıb.

“Biz Latın Amerikası üzərində bir şarın hərəkət etməsi ilə bağlı məlumatları görürük. Təxmin edirik ki, bu, başqa bir Çin kəşfiyyat hava şarıdır”, – o deyib.

“CNN”in məlumatında ​​obyektin harada yerləşdiyi dəqiq göstərilməyib. Mənbələrin məlumatına görə, onun ABŞ-yə doğru irəlilədiyinə dair hələlik heç bir dəlil yoxdur.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 − 10 =