KİV: ABŞ və Cənubi Koreya ən böyük birgə hərbi təlim keçirəcək

KİV: ABŞ və Cənubi Koreya ən böyük birgə hərbi təlim keçirəcək

ABŞ və Cənubi Koreya Silahlı Qüvvələri bu ayın sonunda indiyədək ən böyük birgə hərbi təlim keçirəcək.

APA xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, təlimlərə döyüş təyyarələri, döyüş helikopterləri və Cənubi Koreya tankları cəlb olunacaq.

Həmçinin əlavə olunub ki, haqqında sözügedən təlimlər bu ayın 25-də başlayacaq və üç həftə davam edəcək ki, bu da Cənubi Koreya ilə ABŞ-ın indiyə qədər həyata keçirdiyi birgə təlimlərin arasında ən irimiqyaslı təlim olacaq.

Birgə təlimlər Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) ilə həmsərhəd olan Poçeon şəhərindəki poliqonda keçiriləcək.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 6 =