KİV: Almaniyalı milyonçunun olduğu təyyarə qəzaya uğrayıb -YENİLƏNİB

KİV: Almaniyalı milyonçunun olduğu təyyarə qəzaya uğrayıb -YENİLƏNİB

Almaniyada ən böyük fitnes-klublar şəbəkəsinin “McFit”in təsisçisi, milyonçu Rayner Şaller Kosta-Rika sahillərində baş vermiş təyyarə qəzasında həlak olub.

APA xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.

Milyonçunun şəxsi təyyarəsində sevgilisi Kristiana Şikorski, onların uşaqları Aron və Fin, eyni zamanda, Markus Kurrek adlı bir şəxs də olub.

Təyyarə Meksikadan Kosta-Rika istiqamətində hərəkətdə olub.

***

14:09

Kosta-Rika sahilində almaniyalı milyonçunun olduğu təyyarə ilə əlaqə itib.

APA xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.

Məlumata görə, təyyarədə daha 4 nəfər də var.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − seventeen =