KİV: “Bu gün keçiriləcək mitinqdə Ermənistan hakimiyyətindən daha çox Rusiya tənqid hədəfi olacaq”
“Cəmi 2 il ərzində Ermənistan cəmiyyəti 2020-ci ildə baş verənləri unudub”.
“Report” xəbər verir ki, bunu Ermənistanın “Hraparak” nəşri yazıb.
Qəzetin məlumatına görə, bu gün ölkə müxalifəti mitinq keçirməyəcək: “Ancaq müzakirələr olacaq. Digər tərəfdən, Milli Demokratik Qütb (Sasna Tsrer) mitinq-yürüş keçirmək təşəbbüsü ilə çıxış edib və artıq bir neçə gündür ki, bu barədə məlumat yayırlar. Mitinqdə Ermənistan hakimiyyətindən daha çox Rusiya tənqid hədəfi olacaq”.
Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi həmin ilin noyabrın 9-da başa çatıb. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında bütün hərbi əməliyyatların dayandırılması barədə bəyanat imzalanıb.
Report.az