KİV: Fransa ECOWAS-ın arxasında gizlənərək Nigerə hücum etmək istəyir

KİV: Fransa ECOWAS-ın arxasında gizlənərək Nigerə hücum etmək istəyir

Fransa Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin (ECOWAS) regional ittifaqı adı altında fəaliyyət göstərərək Nigerə qarşı hücum etmək niyyətindədir.

“Report” xəbər verir ki, bunu TASS-a müsahibəsində Nigerin xəbər agentliyinin baş redaktoru Abdurahman Şehu Qərbi Afrika ölkəsinə xarici qüvvələrin mümkün müdaxiləsindən danışarkən deyib.

“ECOWAS özü region ölkələrindəki ictimai rəyin, ənənəvi liderlərin, müsəlman ilahiyyatçıların təzyiqi, habelə maddi-texniki problemlər və maliyyə çatışmazlığı səbəbindən (Nigeri işğal etmək) qərarını verməyə tələsmir”, – o qeyd edib.

“Lakin bəzi qüvvələr regional təşkilat adı altında hərəkət edərək Nigerə hücum etmək niyyətindədir. Söhbət yardıma hazır olduğunu iddia edən Fransadan gedir. Nigerdə Fransanın ​1500, Çad, Seneqal və Fil Dişi Sahilində isə daha çox əsgəri var. Nigerdəki yeni səlahiyyətlilər ötən cümə günü Fransanın Niameydəki səfirinin 48 saat ərzində ölkədən çıxmasını tələb etdi”, – Abdurahman Şehu vurğulayıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × two =