KİV: Hakerlər “Microsoft” proqram təminatında zəifliyə görə ABŞ agentliklərinə hücum ediblər

KİV: Hakerlər “Microsoft” proqram təminatında zəifliyə görə ABŞ agentliklərinə hücum ediblər

Hakerlər “Mircosoft” şirkətinin “SharePoint” proqram təminatındakı boşluq sayəsində dövlət qurumlarına, eləcə də ABŞ şirkətlərinə hücum ediblər.

“Report” xəbər verir ki, bu barədə “Washington Post” rəsmilərə və özəl tədqiqatçılara istinadən məlumat yayıb.

Nəşr yazır ki, hakerlər böyük təhlükəsizlik pozuntusundan istifadə edərək milli və regional qurumlar, universitetlər və enerji şirkətlərini vurublar.

ABŞ, eləcə də Kanada və Avstraliya “SharePoint” serverlərinin zəifliyi ilə bağlı araşdırmaya başlayıb.

Eyni zamanda, nəşrin qeyd etdiyi kimi, “Microsoft” vəziyyəti tənzimləmək üçün hələ yeniləmə buraxmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − 3 =