KİV: HƏMAS 1-ci sövdələşmə çərçivəsində daha çox girovu azad edə bilər

KİV: HƏMAS 1-ci sövdələşmə çərçivəsində daha çox girovu azad edə bilər

İsrail HƏMAS hərəkatının Qəzzada atəşkəs və girov müqaviləsinin birinci mərhələsi çərçivəsində daha çox girovu azad etməyə razılıq verməsini gözləyir.

APA xəbər verir ki, bu barədə “Jerusalem Post” qəzeti iki İsrail rəsmisinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, sövdələşmənin hazırkı mərhələsinin uzadılması məsələsinə baxılır, razılaşmalara əsasən, bu, 42 gündən sonra martın 1-də başa çatmalıdır.

Cümə günü başlayan müsəlmanların müqəddəs Ramazan ayı boyunca atəşkəsin uzadılması müqabilində dörd nəfərin azad edilməsi gözlənilir.

Fevralın 22-də axşam saatlarında dörd saat davam edən görüşdən sonra rəsmilər HƏMAS-ın razılaşmanın bu nöqtədə davam etməsini istədiyini bildiriblər.

“Bu, onların maraqlarına uyğundur. Onlar humanitar yardım və tikinti texnikası olan daha çox konvoyun Qəzzaya daxil olmasını istəyirlər və onlar sövdələşmənin pozulmasına səbəb olan tərəf olmaq istəmirlər”, – nəşrin mənbələri bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 − 3 =