KİV: Husilər BMT əməkdaşlarına Yəməndən çıxmaları üçün bir ay vaxt veriblər

Yəmənin “Ənsar Allah” (Husi) üsyançı hərəkatı BMT-nin ABŞ və Böyük Britaniya vətəndaşlığı olan əməkdaşlarına ölkəni tərk etmək üçün bir ay vaxt verib.
Bu barədə “Al Mayadeen” telekanalı BMT-nin Sənadakı nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, husilər açıq şəkildə bildiriblər ki, BMT ABŞ və ya Britaniya vətəndaşlığı olan işçiləri “Ənsar Allah”ın nəzarəti altında olan ərazilərdə işə cəlb etməməlidir.