KİV: İran aktivlərin dondurulmasının ləğvi qarşılığında uranın zənginləşdirilməsini dayandırmağa hazırdır

KİV: İran aktivlərin dondurulmasının ləğvi qarşılığında uranın zənginləşdirilməsini dayandırmağa hazırdır

İran, ABŞ respublikanın dondurulmuş aktivlərini blokdan çıxarmağa və onun dinc məqsədlər üçün zənginləşdirmə hüququnu tanımağa razı olarsa, uranın zənginləşdirilməsini bir il müddətinə dayandıra bilər.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi İran mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin fikrincə, ABŞ İranın şərtlərini qəbul edərsə, iki tərəf “siyasi razılaşma” əldə edə bilər. Qeyd olunub ki, məsələ hələ amerikalı danışıqçılar komandası ilə müzakirə edilməyib. Belə bir razılaşmanın şərtlərinə görə, İran bir il müddətinə uranın zənginləşdirilməsini dayandıracaq. Yüksək səviyyədə zənginləşdirilmiş ehtiyatların bir hissəsi digər ölkələrə göndəriləcək və ya dinc məqsədlər üçün yanacağa çevriləcək.

“Reuters” yazıb ki, ABŞ dəfələrlə İranın nüvə proqramı ilə bağlı yeni sazişin guya nüvə silahı yaratmaq üçün həyata keçirilə bilən zənginləşdirmənin dayandırılmasını nəzərdə tutmalı olduğunu bəyan edib. İran dəfələrlə belə silah yaratmaq niyyətində olmadığını açıqlayıb.

Xatırladaq ki, İran və ABŞ nümayəndələri mayın 23-də Romada İranın nüvə proqramı ətrafında böhranın həlli üzrə danışıqların beşinci raundunu keçirmiş, bu danışıqlarda vasitəçi qismində Oman çıxış etmişdi. Oman XİN başçısı Bədr əl-Busaidi məsləhətləşmələrin “müəyyən, lakin yekun olmayan irəliləyişə” nail olunduğunu bildirmişdi. İranlı həmkarı Abbas Araqçinin demişdi ki, Tehran və Vaşinqton bir-iki görüş ərzində müsbət nəticələrə nail olmağa ümid edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 4 =