KİV: İran uranın dinc məqsədlərlə zənginləşdirilməsi üçün konsorsium yaratmağı təklif edib

KİV: İran uranın dinc məqsədlərlə zənginləşdirilməsi üçün konsorsium yaratmağı təklif edib

Rəsmi Tehran Amerika sərmayəsi ilə uranın zənginləşdirilməsi üçün Yaxın Şərq ölkələrindən ibarət konsorsium yaratmağı təklif edib.

“Report” xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən yazıb.

Məlumata görə, bazar günü Omanda İranın xarici işlər naziri Abbas Əraqçi bu planı ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffa təqdim edib. Qeyd edilir ki, İslam Respublikası bu təşəbbüsə Vaşinqtonun nüvə proqramından tamamilə imtina tələbinə alternativ kimi baxır. Nəşr konsorsiumun mümkün iştirakçıları kimi Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin adını çəkib.

İranın təklifinə üçtərəfli nüvə konsorsiumunun yaradılması, Tehranın uranı 3,67 %-ə qədər zənginləşdirməsi və mülki məqsədlər üçün digər ərəb ölkələrinə tədarük etmək imkanları daxildir. Bundan başqa, İranın nüvə obyektlərində digər ölkələrdən müşahidəçilərin, o cümlədən ABŞ-dən olan ekspertlərin iştirakı gözlənilir. Bu müqavilə, 2015-ci il müqaviləsindən fərqli olaraq, 15 illik müddətlə məhdudlaşmayacaq, yəni qeyri-müəyyən xarakter daşıya bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 1 =