KİV: İran XİN rəhbəri gələn həftə Pakistana səfər edəcək
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian gələn həftə Pakistana rəsmi səfər edəcək.
APA xəbər verir ki, bu barədə Pakistanın “The Nation” qəzeti diplomatik mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İranın xarici işlər naziri avqustun 3-də Pakistana iki günlük səfər edəcək. Abdullahian 3-4 avqust tarixlərində Pakistan rəsmiləri ilə görüşlər keçirəcək.
Səfər çərçivəsində İran və Pakistan XİN rəhbərlərinin görüşü, mətbuata birgə bəyanatı nəzərdə tutulur.
Apa.az