KİV: İsrail Qəzzada məktəb binasına fosforlu bombalarla zərbələr endirib

İsrail ordusu Qəzza şəhərinin şimal bölgələrində xüsusilə qaçqınların yerləşdiyi məktəbi atəşə tutarkən fosforlu bombalardan istifadə edib.
Bu haqda “Al-Mayadeen” telekanalı məlumat yayıb.
Bomba partlayışından sonra məktəbin binasında yanğın başladığı bildirilir. Lakin hücum nəticəsində insan tələfatı ilə bağlı hələ ki, məlumat verilmir.
Bundan əvvəl telekanal şəhərin cənub-qərbindəki məhəllələrin intensiv bombalanması barədə də məlumat vermişdi.