KİV: İsraildə aksiya zamanı 10 polis yaralanıb

KİV: İsraildə aksiya zamanı 10 polis yaralanıb

İsraildə məhkəmə islahatlarına qarşı keçirilən kortəbii etiraz aksiyasının iştirakçıları ilə polis arasında toqquşma baş verib.

APA xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

Qeyd olunub ki, Təl-Əvivdəki aksiyada toqquşma zamanı 10 İsrail polisi yaralanıb.

Xəsarət alan polislərə tibbi yardım göstərilib.

Portal yazır ki, eyni zamanda polis 18 nümayişçinin həbs edildiyini bildirib, onlar polis əməkdaşlarına hücum, yanğın törətmək və ictimai asayişi pozmaqda şübhəli bilinirlər.

Bazar ertəsi axşam saatlarında ölkə parlamentinin müxaliflərin narazılığına səbəb olan məhkəmə islahatının birinci hissəsinin günortadan sonra təsdiqlənməsindən sonra İsraildə kortəbii etirazlar başlayıb.

Ölkənin bəzi bölgələrində etirazçılar avtomobillərin hərəkətini dayandırmaq üçün magistral yollara çıxıblar.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 16 =