KİV: Səudiyyə Ərəbistanı ilə sionist rejim arasında münasibətlərin normallaşması mümkün deyil
Sionist rejim mediaları Qəzza zolağında kütləvi qırğın və dağıntıların gündəlik görüntülərinə baxmayaraq, Səudiyyə Ərəbistanı ümumiyyətlə normallaşmaya doğru irəliləyə bilməyəcəyindən xəbər verib.
Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejimin “i24 News” portalı bu gün (15 noyabr) bir xəbərdə yazıb ki, Səudiyyə Ərəbistanı ilə sionist rejim arasında münasibətlərin normallaşması əlçatmazdır və bu fürsət artıq əldən çıxıb.
Bu portal əlavə edib: Qəzzadan gündəlik qətllər və geniş yayılmış ölüm və dağıntı görüntüləri yayımlandığı müddətcə, Səudiyyə Ərəbistanı Fələstini dəstəkləyən daxili ictimai rəyin qorxusu üzündən İsraillə münasibətlərin normallaşması istiqamətində addım atması mümkün deyil.