KİV: Seçicilərin əksəriyyəti Baydenin miqrasiya fərmanını dəstəkləyir

KİV: Seçicilərin əksəriyyəti Baydenin miqrasiya fərmanını dəstəkləyir

Seçkilərdə səs verə bilən amerikalıların əksəriyyəti ABŞ Prezidenti Cozef Baydenin Birləşmiş Ştatların cənub sərhədini qanunsuz keçən miqrantlara sığınacaq verilməsini müvəqqəti qadağan etmək qərarını bəyənir.

Bunu “Fox News” telekanalının keçirdiyi sorğunun nəticələri sübut edir.

Araşdırmaya görə, respondentlərin 57 %-i administrasiyanın bu addımını bəyənir, yalnız 38 %-i qərara qarşı çıxıb. Respondentlərin bir hissəsi Baydendən bəhs etmədən sorğu-sual olunub.

Telekanal qeyd edib ki, Baydenin miqrasiya siyasəti ilə bağlı reytinqi mart ayından beş faiz bəndi yaxşılaşıb və hazırda ilin ən yüksək səviyyəsindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + 18 =