KİV: Suriya Ordusu Həma yaxınlığında silahlı qruplaşmalarla döyüşür
Suriya Ordusunun bölmələri Həma şəhərinin 8 km şimal-şərqində silahlı qruplaşmalarla döyüşür.
Bu barədə “Al Mayadeen” məlumat yayıb.
Suriya Müdafiə Nazirliyi isə silahlıların Həma şəhərinin Əl-Məzareb və Əl-Səvaik ərazilərinə daxil olmaları ilə bağlı yayılan məlumatları təkzib edib.
Bundan əvvəl Suriyanın “SANA” dövlət agentliyi məlumat vermişdi ki, hökümət şəhərin yaraqlılar tərəfindən tutulmasının qarşısını almaq üçün Həmaya əlavə hərbi bölmələr göndərib.