KİV: Tramp prezident seçkilərində 267 səslə liderlik edir

KİV: Tramp prezident seçkilərində 267 səslə liderlik edir

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qələbə qazanmaq üçün tələb olunan 270 səsdən 267-sini toplayıb.

Bu barədə ABŞ KİV-i məlumat yayıb.

“Fox News” telekanalı onun artıq 248 səs topladığını bildirir. Məlumata görə, o, əsas ştatlardan biri olan Corciyada demokratların namizədi Kamala Harrisi geridə qoyub. Trampın qalib gələcəyi təqdirdə bu ştat ona 16 seçici səsi qazandıracaq.

Tramp həmçinin Pensilvaniya ştatında da qalib gəlir ki, bu da namizədə 19 seçici səsi verir.

Trampın yaxın vaxtlarda Floridada tərəfdarları qarşısında çıxış edəcəyi gözlənilir. Öz növbəsində, Harrisin seçki qərargahı onun növbəti gün çıxış edəcəyini açıqlayıb.

08:44

ABŞ-də prezidentliyə namizəd Donald Tramp “tərəddüd edən” yeddi ştatın altısında liderdir.

Bu barədə aparıcı ABŞ mediası, o cümlədən “Fox News” kanalı, “The New York Times”, “The Washington Post” və “Axios” portalının müvafiq təxminlərində göstərilib.

“Fox News”un məlumatına görə, Corciya ştatında bülletenlərin 90%-nin hesablanmasının nəticələrinə əsasən Tramp 51,11% səslə öndədir, Demokratlar Partiyasının namizədi Kamala Harris isə 48,19% səs toplayıb.

Şimali Karolinada Tramp 50,77%, Harris isə 48,12%, Pensilvaniyada isə Tramp 50,72%, Harris isə 48,34% səs toplayıb. Miçiqan, Viskonsin və Arizona ştatlarında da Tramp rəqibini qabaqlayıb. Qeyd edək ki, “tərəddüd edən” ştatlar seçkinin nəticəsinə təsir göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 19 =