KİV: “Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin dördtərəfli görüşü keçirilə bilər”

Türkiyə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin dördtərəfli görüşü keçirilə bilər.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ankaradakı diplomatik mənbələr bildiriblər.
Qeyd olunub ki, hələ ki bu məsələ müzakirə olunmayıb: “Amma belə planlar var. Görüşün tarixini və yerini müəyyənləşdirmək üçün bütün tərəflərin razılığına ehtiyac var”.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 16-da belə bir görüşün keçirilməsini təklif etmişdi.
Report.az