KİV: Xakerlər sionist rejimin elektrik şəbəkəsin çökdürdü
Xakerləri hücumu nəticəsində sionist rejimin elektrik şəbəkəsi çökdürüldü və Fələstinin işğal olunmuş ərazilərində elektrik enerjisinin verilişi dayandırıldı.
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, Fələstinin işğal olunmuş ərazilərində o cümlədən Təl Əviv, Əşdud, Heyfa və sionist rejimin daha bir neçə şəhərciyində elektrik enerjisi bu gün səhərdən kəsilib.
Məlumatda elektrik enerjisinin kəsilməsinə xaker hücumunun səbəb olduğu bildirilir.
Bildirilir ki, İşğalçı rejimin Elektrik Şəbəkə İdarəsinin saytı da dağıdılıb. Sionist rejim radiosu elektrik enerjisinin istehsalda problem yarandığı üçün kəsildiyini bildirib.
Elektrik enerjisinin kəsilməsi işğal olunmuş ərazilərdə nəqliyyatın hərəkətində problemlər yaradıb.
Qeyd edək ki, dörd ay öncə də işğalçı rejimin su təchizatına xaker hücumu olmuşdu və suyun verilişində problem yaranmışdı.