Koalisiya qüvvələri Türküstan İslam Partiyasının liderini öldürüb
Suriyanın İdlib çölündə ABŞ koalisiya qüvvələrinin avtomobillə hücumu zamanı Türküstan İslam Partiyasının lideri Əbu Ducane əl-Türkistanini hədəf alıb.
Əl -Meyadin televiziyasının mənbələrinə görə, koalisiya qüvvələrinin Türküstan İslam Partiyasının liderini qətlə yetirdiyi bildirilir.
SANA agentliyi ötən gün İdlib çölündə bir avtomobilin hədəf alındığını bildirib.
Əl-Məyadin mənbələri ABŞ koalisiya qüvvələrinin İdlib çölündə Türküstan İslam Partiyasının lideri Əbu Ducane əl-Türkistanini öldürdüyünü açıqlayıb.
Mənbələrə görə, Əbu Ducanə ət-Türkistani Latakiya dağlarında ən mühüm uyğur liderlərindən biri olub və bundan əvvəl Heyət Təhrir əl-Şamda (HTŞ) lider olub.
Digər tərəfdən, HTŞ rejimi sözçüsü Hüseyn Əbdüləni ötən gün verdiyi açıqlamada bütün hərbi qrupların, siyasi və mülki qurumların ləğv edildiyini açıqlayıb və onları dövlət qurumlarına inteqrasiya etməyə çağırıb.