Kohen: İrana qarşı təzyiq siyasəti davam etməlidir

Kohen: İrana qarşı təzyiq siyasəti davam etməlidir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İsrail rəsmilərinin ABŞ-ın İranla nüvə anlaşmasına dönməsinə və sanksiyaların qaldırılmasına qarşı çıxmasının ardından  İsrail təhlükəsizlik xidmətinin rəisi Yossi Kohen, Tehranı terrorizmi dəstəkləməkdə günahlandıraraq Vaşinqtonu bu işdən çəkindərməyə çalışıb.

İbri dilində çap olunan “Makor Rishon” qəzetinin konfransında çıxış edən Kohen, İranın sionist rejimin tamamilə məhv edilməsi məsələsinə dəfələrlə təkid etməsinə toxunaraq, Tehranı nüvə silahı əldə etməyə çalışmaqda ittiham edib.

Qəzetin veb saytında yer alan məlumata görə, o, İranın Suriyanın və Livanın işğal olunmuş Fələstinlə olan sərhədlərində qoşun yerləşdirməyə çalışdığına dair əsassız iddiaları təkrarlayaraq, Tel-Əvivin buna icazə verməyəcəyini iddia edib.

Kohen həmçinin vurğulayıb ki, Avropa və Amerika liderləri İran məsələsi üzərində birlikdə çalışmalı və bu günə qədər mövcud olan təzyiq siyasətinə davam etməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − nineteen =