Kolumbiyada 6,7 bal gücündə zəlzələ baş verib

Kolumbiya sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.
APA-nın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 272 min nəfər əhalisi olan Monteriya şəhərindən 134 km qərbdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat yoxdur.
Apa.az