Kolumbiyada bombanın partlaması nəticəsində 8 polis həlak olub
Kolumbiyanın Uila departamentində naməlum şəxslər polis avtomobilinin yoluna bomba yerləşdiriblər. Partlayış nəticəsində 8 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.
“Report” xəbər verir ki, bunu Kolumbiya Prezidenti Qustavo Petro bildirib.
“Uila ştatının San Luis şəhərində səkkiz polisin ölümünə səbəb olan bombalı hücumu şiddətlə qınayıram. Onların ailələri ilə həmrəyəm”, – o, tviter hesabında yazıb.
Dövlət başçısı insidenti Kolumbiyada sülhün bərqərar edilməsi işinin “açıq-aşkar təxribatı” adlandırıb.
Bundan əvvəl Petro ölkədə fəaliyyət göstərən bütün silahlı qrupları zorakılıqdan əl çəkməyə və hökumətlə dialoqa başlamağa çağırıb.
Report.az