Kolumbiyada mədəndə partlayış nəticəsində 7 nəfər ölüb

Kolumbiyada mədəndə partlayış nəticəsində 7 nəfər ölüb

Kolumbiyada mədəndə partlayış olub.

APA “El Tiempo” qəzetinə istinadən xəbər verir ki, hadisə nəticəsində 7 şaxtaçı ölüb.

Daha 8 şaxtaçının axtarışları aparılır.

Mədəndə qazın konsentrasiyasının yüksək olması səbəbindən xilasetmə işlərində çətinlik yaranıb. Buna baxmayaraq, hakimiyyət əməliyyatları günün sonuna kimi başa çatdırmağı planlaşdırır.

Qeyd edək ki, hadisə mayın 30-da baş verib.

Hadisə baş verən gün 14 nəfərin mədəndə qaldığı bildirilib. Həmin vaxt yalnız bir nəfər xilas olunsa da xəstəxanada həkimlər onun həyatını xilas edə bilməyib.

APA.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 3 =