Kolumbiyada məktəbdə torpaq sürüşməsi 3 uşağın həyatına son qoyub
Kolumbiyanın Antiokiya departamentində məktəbdə torpaq sürüşməsi nəticəsində 3 uşaq ölüb.
APA-nın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Andes bələdiyyəsinin rəhbəri Karlos Alberto Osorio bildirib.
Torpaq sürüşməsinə yağan güclü yağışlar səbəb olub.
Dağıntılar altından 5 uşaq xilas edilib.
Onların müalicəsi xəstəxanada davam etdirilir.
Apa.az