Konqo həbsxanasında 900 məhbus silahlılar tərəfindən qaçırılıb

Konqo həbsxanasında 900 məhbus silahlılar tərəfindən qaçırılıb

Konqoda radikal qruplaşma üzvləri bir həbsxanaya hücum edərək,900 məhbusu qaçırmağa müvəffəq olublar.

SalamNews Reuters-ə istinadla xəbər verir ki, bu barədə Konqonun şərqində yerləşən Beni şəhərinin bələdiyyəsi bəyanat verib.

Bildirilib ki, radikal silahlılar şəhərin inzibati ərazisində yerləşən həbsxayana hücum edib və 900 məhbusu qaçırmağa müvəffəq olublar.

Beni şəhərinin bələdiyyə sədri Modisi Bakanamaha, Kancabay həbsxnasına hücumun Uqandalı “Demokratik Koalisiya Qüvvələri”nin tabeçiliyində olan “radikal islamçı qrup” tərəfindən həyata keçirildiyini iddia edib.

Həbsxanada yalnız 100 civarında məhbusun qaldığı deyilir.

Bu hücumu heç bir qrup üzərinə götürməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 11 =