Konqoda BMT qərargahına hücum edilib

Konqoda BMT qərargahına hücum edilib

Konqo Demokratik Respublikasının şərqində yerləşən nümayişçilər Qoma şəhərində BMT-nin missiyasının binalarına və anbarlarına hücum ediblər.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, etirazçılar ölkənin Şimali Kivu əyalətindən BMT sülhməramlılarının çıxarılmasını tələb edirlər.

Nümayiş bir neçə ictimai təşkilatın, o cümlədən qadın təşkilatlarının təşəbbüsü ilə keçirilib. Onlar BMT-ni ölkənin bu hissəsində əhalinin təhlükəsiz yaşaması üçün şərait yaratmamaqda ittiham edir.

Nümayişçilər Qomanın mərkəzi məhəllələrində barrikadalar quraraq nəqliyyatın hərəkətini dayandırıblar.

Əhalisi 700 min nəfərə çatan şəhərdə mağazalar, bazarlar, banklar və kommersiya şirkətlərinin ofisləri bağlanıb.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + 11 =