Konqodakı daşqınlarda ölənlərin sayı 400-ə çatıb

Konqodakı daşqınlarda ölənlərin sayı 400-ə çatıb

Konqoda baş vermiş daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 400-ə çatıb.

APA xəbər verir ki, bu barədə ölkənin şərqində daşqından ən çox zərər çəkən Kalehe rayonunun administrasiyasının rəsmisi Tomas Bakenqa bildirib.

Qeyd edək ki, ötən həftə Konqonun Cənubi Kivu əyalətində yağan güclü yağışlar çayların daşmasına və yüzlərlə evin su altında qalmasına səbəb olub.

Təbii fəlakət nəticəsində ölənlərin xatirəsinə bu gün ölkədə bir günlük matəm elan edilib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 4 =