Koronavirusun yeni dalğası barədə XƏBƏRDARLIQ

Koronavirusun yeni dalğası barədə XƏBƏRDARLIQ

“Pfizer”in rəhbəri Albert Burla koronavirusun yeni dalğası barədə xəbərdarlıq edib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Burla bildirib ki, “Omicron” ştammı hələ də mövcuddur və ona nəzarət etmək olduqca çətindir. O, koronavirusun yeni dalğasının yaxınlaşdığını da elan edib:

“Pandemiyanın yeni dalğası yaxınlaşır. Bilirəm ki, bir çox insan dördüncü doza peyvənd olunmayıb. Amma ölüm riskini azaltmaq istəyiriksə, bu peyvəndləri vurdurmalıyıq”,  – Albert Burla deyib. 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yaxın iki ayda Avropada koronavirusa yoluxma hallarının artacağını ehtimal edir. 

Lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − fifteen =