Koronavirusun yeni “KENTAVR” novü qonşu ölkədə: Artıq 5 nəfər…
Rusiyada “Omicron”un yeni subvariantı olan “kentavr”a yoluxma qeydə alınıb.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, artıq sözügedən virus 5 nəfərdə aşkar edilib.
Bildirilir ki, bütün yoluxanlarda xəstəlik yüngül formada keçir. Xəstəxanaya yerləşdirilən yoxdur.
Xatırladaq ki, iyulun 13-də Hollandiyanın Milli Sağlamlıq İnstitutu ölkədə “omicron” BA.2.75 koronavirus ştammının “kentavr” adlı yeni alt növünün aşkar edildiyini elan edib.
Əvvəllər bu mutasiya Hindistanda və bir sıra başqa ölkələrdə, o cümlədən Avstraliya, Almaniya, Böyük Britaniya, ABŞ və Kanadada tapılmışdı.
Lent.az