Korrupsiya Avropa İttifaqının nüfuzunu dağıdıb – Şarl Mişel

Korrupsiya Avropa İttifaqının nüfuzunu dağıdıb – Şarl Mişel

Publika.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bildirib. Onun sözlərinə görə, bu qalmaqal cəmiyyətdə bir sıra problemlərin yaranmasına gətirib çıxarıb.

“Bu qalmaqal bizim diqqətimizi Avropa vətəndaşlarının həyatına təsir edən iqtisadi və enerji böhranlarına yönəltməyə mane olur”, – Mişel deyib.

Avropa İttifaqı Şurasının rəhbərinin qeyd edib ki, Aİ bu vəziyyətdən dərs almalı, həmçinin korrupsiyanın təkrarlanma ehtimalını aradan qaldırmaq üçün tədbirlər paketi yaratmalıdır. O, həmçinin vurğulayıb ki, yaxın vaxtlarda adekvat cavab verilməlidir, əks halda Avropa ciddi problemlərlə üzləşə bilər.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 6 =