Kosovo sübutları ortaya qoydu: Rusiya qarışdırır

Kosovo sübutları ortaya qoydu: Rusiya qarışdırır

Publika.az xəbər verir ki, bunu “Times” radiosunun efirində Kosovonun baş nazirinin müavini Besnik Bislimi deyib.

“Serb yarımhərbi birləşmələrindəki insanların Rusiya-Serbiya Humanitar Mərkəzi tərəfindən dəstəkləndiyinə dair qeydə alınmış sübutlar var. Düşünürəm ki, heç kim Rusiyanın varlığını və təsirini inkar etmir”, – B.Bislimi müsahibəsində bildirib.

Onun sözlərinə görə, Kreml bununla ictimaiyyətin diqqətini Ukrayna gündəmindən yayındırmağa çalışır.

Kosovo baş nazirinin müavini əlavə edib ki, Rusiya kosovalılarla toqquşmalara səbəb olmaq üçün əvvəllər barrikadalarda mövqe tutan serbləri təkcə yeməklə deyil, həm də spirtli içkilərlə təmin edir.

Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç Kosovoda vəziyyətin gərginləşməsi zamanı siyasi dəstəyə görə Rusiyaya təşəkkür edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve − six =