Kosovolı deputat `Mən Məhəmmədi sevirəm` maskası taxaraq Fransaya etiraz etdi – FOTO
Kosovo parlamentinin deputatı Fransanın bu ölkədəki səfirinin islamofob hərəkətinə etiraz olaraq üzərində “Mən Məhəmmədi sevirəm” yazısı yazılmış maska taxaraq parlamentin iclasında iştirak edib.
Maide.Az xəbər verir ki, Kosovo parlamentinin deputatı İman Rəhmani deyib ki, üzərində “I Love Muhammed” (Mən Məhəmmədi sevirəm) yazılmış maskanı Fransanın Kosovadakı səfirinin islamfob addımına etiraz etmək və Peyğəmbərin (s) mövludu münasibətilə taxmışam.
O deyib kİ, Həzrət Məhəmməd (s) bəşəriyyət üçün rəhmət peyğəmbəri göndərilib. Ona görə biz etirazımızı sakit, təhqir etmədən və ədəblə nümayiş etdiririk.
Qeyd edək ki, Fransanın Kosovodakı səfiri Peyğəmbəri (s) təhqir edən karikaturaları öz səhifəsində yayımlamışdı.