KOVİD-19 dönəmində ABŞ ordusunda intiharlar 30% artıb

KOVİD-19 dönəmində ABŞ ordusunda intiharlar 30% artıb

Statistik məlumatlar göstərir ki, ABŞ hərbi qulluqçuları arasında intihar sayı koronavirus epidemiyası zamanı 30% artmışdır. Məlumata görə, ABŞ ordusunda keçən ilin martından bu yana 114 intihar qeydə alınıb.

“Deyerler.org”un parstoday-a istinadən verdiyi xəbərə görə, hesabatlar göstərir ki, gənc əsgərlər intihar hadisələrində ən çox təhlükəli qruplara aid olanlardır və intiharların 60%-i odlu silahla törədilir. Hazırda dünyada koronavirusa yoluxanların ən böyük nisbəti ABŞ-a aiddir. Son statistikaya görə, ABŞ-da koronavirusa yoluxanların sayı 7 milyon 300 min nəfərə çatıb və bu virus qurbanlarının sayı 209 mini keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen − sixteen =