Kreml ABŞ-a qarşı anti-Rusiya sanksiyalarının tətbiqi imkanlarını dəyərləndirib
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın yeni anti-Rusiya məhdudiyyətləri ehtimalını və Moskvanın cavab addımları ehtimalını qiymətləndirib.
SalamNews xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
Peskov bildirib ki, Moskva yarana biiləcək anti-Rusiya sanksiyalarının tətbiqini xüsusilə ABŞ ilə son danışıqlar fonunda çox mənfi qiymətləndirəcək.
“Qaçılmaz cavab olarsa, bu, münasibətlərin pozulmasına bərabər tutula bilər.
Ona görə də biz buna elə də müsbət baxmırıq”- Kremlin nümayəndəsi qeyd edib.
Sanksiyaların tətbiqi halında cavab tədbirləri ilə bağlı suala Peskov belə cavab cavab verib.
“ Moskva hələlik bu addımlara “cavab verməyi planlaşdırmır”, çünki biz “ən azı sağlam düşüncənin qələbəsinə” inanırıq.
Ümid edirik ki, bunlar yalnız bunlar yalnız ölkəmizə hansısa şəkildə təsir göstərməyə cəhd edən səs-küylü bəyanatlardır – Peskov vurğulayıb.
SalamNews.org