Kreml ABŞ-ın Suriyada İranın silah anbarlarına endirdiyi hava zərbələrini şərh edib

Kreml ABŞ-ın Suriyada İranın silah anbarlarına endirdiyi hava zərbələrini şərh edib

Fələstin və İsrail arasında münaqişə bütün regionda gərginliyə səbəb olub.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Hərbi Hava Qüvvələrinin Suriyada İranın silah anbarlarına endirdiyi zərbəni şərh edərkən bildirib.

“Zərbələrə gəlincə, Fələstin-İsrail gərginliyi, əlbəttə ki, regionda daha geniş kontekstdə gərginliyə səbəb olur, bu, çox pisdir”, – deyə Kremlin sözçüsü vurğulayıb.

Eyni zamanda o, Rusiya hərbçilərinin Suriyadakı münaqişəyə cəlb oluna biləcəyi təhlükəsinin olmadığını söyləyib: “Xeyr, hazırda belə bir təhlükə yoxdur”.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 qırıcısı Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid olduğu iddia edilən silah və sursatların olduğu anbarlara hava zərbələri endirib. ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi isə Vaşinqtonun hava hücumlarını İsrail hakimiyyəti ilə koordinasiya etmədiyini və Amerikanın əməliyyatının Fələstin-İsrail münaqişəsi ilə bağlı olmadığını açıqlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 5 =