Kreml: Cozef Bayden Vladimir Putin barədə çox pis ifadə işlədib

Kreml: Cozef Bayden Vladimir Putin barədə çox pis ifadə işlədib

“ABŞ Prezidenti Cozef Bayden Rusiya Prezidenti Vladimir Putin barəsində çox pis ifadələr işlədib”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov martın 18-də C.Baydenin rusiyalı həmkarı V.Putin barədə dediklərinə münasibət bildirərkən söyləyib.

“Rusiya belə qənaətə gəlib ki, ABŞ lideri Moskva ilə münasibətləri normallaşdırmaq istəmir”, – D.Peskov vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden ABC telekanalına müsahibəsində bildirib ki, Rusiya Prezidenti Vladimir Putin 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkisinə müdaxilə edib və bunun qarşılığını ödəyəcək.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + fourteen =