Kreml: “Ermənistanın ABŞ-la hərbi təlimlər keçirmək qərarı ciddi təhlil tələb edir”
“İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə deyil, ABŞ-la hərbi təlimlər keçirmək qərarı ciddi təhlil tələb edir”.
“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Dmitri Peskov deyib.
O bildirib ki, Ermənistanın məqsədlərini başa düşmək lazımdır: “Moskva İrəvanın yaxın tərəfdaşı olub və olacaq. Problemlər ola bilər, amma onlar danışıqlar yolu ilə həll ediləcək”.
D. Peskovun sözlərinə görə, Ermənistanın KTMT-dən çıxması ilə bağlı İrəvandan heç bir rəsmi qərarı yoxdur.
Report.az