Kreml: İran parlamentinin Atom Agentliyi ilə əməkdaşlığı dayandırmaq qərarı anlaşılandır

Kreml sözçüsü Dmitri Peskov bildirib ki, Amerikanın İranın nüvə obyektlərinə hücumları qarşısında Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) passiv davranışı nəzərə alındıqda, İran İslam Məclisinin bu beynəlxalq qurumla əməkdaşlığı dayandırmaq qərarı başadüşüləndir.
O, 2025-ci il iyunun 26-da jurnalistlərin suallarına cavab olaraq deyib:
“Bu qərar, İran və onun nüvə obyektlərinə qarşı səbəbsiz və misilsiz hücumun birbaşa nəticəsidir.”
Peskov əlavə edib ki, BAEA-nın bu hücumlara qarşı reaksiya verməməsi agentliyin nüfuzuna ciddi zərbə vurub.
Eyni zamanda qeyd edib:
“Bununla belə, bu vəziyyət (BAEA ilə əməkdaşlığın kəsilməsi) narahatlıq doğurmaya bilməz. Moskva hadisələri diqqətlə izləyir
Bir jurnalist, ABŞ Prezidenti Donald Trampın İranın nüvə obyektlərinin tamamilə məhv edildiyi iddiası ilə bağlı Rusiya tərəfinin hər hansı təsdiq və ya təkzib məlumatına sahib olub-olmadığını soruşdu.
Peskov cavab olaraq bildirdi:
“Xeyr, düşünmürəm ki, kimsə bu anda ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücumunun dəqiq nəticələri barədə real məlumat təqdim edə bilsin. Hələ tezdir. Gözləmək lazımdır ki, bu haqda məlumatlar açıqlansın.”