Kreml: Mahmud Abbasın Rusiyaya səfərinin nə vaxt gerçəkləşəcəyi bilinmir

Fələstin prezidenti Mahmud Abbasın Rusiyaya səfəri uzanır.
Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Bildirilib ki, Abbasın noyabrın 15-də Rusiyaya planlaşdırılan səfəri Fələstin tərəfinin xahişi ilə təxirə salınıb.
O deyib ki, səfərin hələ nə qədər uzanacağı bilinmir.