Kreml TƏSDİQLƏDİ: Zelenski Putinlə bu ölkədə görüşə bilər

Kreml TƏSDİQLƏDİ: Zelenski Putinlə bu ölkədə görüşə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski İndoneziyada G20 sammiti çərçivəsində Rusiya lideri Vladimir Putinlə görüşə bilər.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın TASS agentliyi Putinin köməkçisi Yuri Uşakova istinadən yazır.

Sammit 15-16 noyabrda Bali adasında keçiriləcək. Bundan əvvəlcZelenski sammitdə iştirakını təsdiqləyib və tezliklə Putin də dəvəti qəbul edib.

“Bəli, biz təsdiq etdik ki, bizim iştirakımız gözlənilir”, – Uşakova bildirib.

Nəşr qeyd edir ki, Uşakov Putinin bu tədbirdə şəxsən iştirak edib-etməyəcəyi və ya videobağlantı vasitəsilə iştirak edəcəyi sualına dəqiq cavab verə bilməyib.

“Bilmirəm, onlar hələ də şəxsən dəvət edirlər, amma hələ çox vaxt var, ümid edirəm ki, pandemiya bu mühüm forumun şəxsən keçirilməsinə imkan verəcək, ancaq təxmin etməkdən qorxuram”, – o əlavə edib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − seventeen =