Kremldən Avropaya XƏBƏRDARLIQ: “Ödəniş yoxdursa, qaz da yoxdur”

Kremldən Avropaya XƏBƏRDARLIQ: “Ödəniş yoxdursa, qaz da yoxdur”

Publika.az xəbər verir ki, bunu Amerikanın PBS teleşirkətinin efirində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu fürsəti rədd edəndə nə baş verəcək, bilmirəm. Yekun qərardan xəbər tutan kimi nəyin edilə biləcəyini araşdıracağıq. Ancaq biz qətiliklə xeyriyyəçiliklə məşğul olmaq, Qərbi Avropaya pulsuz qaz göndərmək niyyətində deyilik” – Rusiya liderinin rəsmi nümayəndəsi Qərb ölkələrinin mavi yanacağın tədarükü üçün rublla ödəməyə hazırlaşmayacağı barədə bəyanatlarını şərh edərkən bildirib.

“Ödəniş yoxdursa, qaz da yoxdur”, – deyə Peskov xəbərdarlıq edib.

O, həmçinin vurğulayıb ki, Aİ-nin Rusiya qazının alınmasını mərhələli şəkildə dayandırması ideyasının təşəbbüskarı Moskva deyil. 

Peskov uzun müddət Rusiya qazının əsas alıcılarından biri olan Almaniya və bir sıra digər dövlətlərin indi danışdıqlar barədə iradına cavab verib:

“Təbii ki, biz bunu reallıqda görmək istəməzdik”.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − sixteen =