Krımda dəhşət: Şirlər parkın əməkdaşını parçaladılar
Krımda “Tayqan” şirlər parkında işləyən Leokadiya Perevalova içərisində üç şirin olduğu qəfəsi təmizləyərkən yırtıcıların hücumu nəticəsində həyatını itirib.
O, təmizlik zamanı qəfəsin iki otağını ayıran qapını bağlamağı unudub.
Qeyd olunur ki, şirlər qadına hücum edərək onu ölümcül yaralayıblar.
Park direktoru Oleq Zubkov hesab edir ki, işçinin ölümünə insan amili səbəb olub.
“Görürük ki, volyeri təmizləyərkən qapı bağlanmayıb. Məncə, bu hadisədə insan amili və unutqanlıq rol oynayıb. Bir növ səhvə yol verilib”, – deyə direktor parkın “Telegram” kanalında yayımlanan videomüraciətində bildirib.
Onun sözlərinə görə, hadisə yerinə gələn əməkdaşlar qadına heç bir köməklik göstərə bilməyiblər.
“Tayqan”ın direktorunun qeyd etdiyi kimi, L.Perevalova karyerasına heyvanlara qulluq edən işçi kimi başlayıb, sonra Yaltada “Skazka” zooparkının direktoru olub. Qadın təcrübəli mütəxəssis olub və digər işçilərə yırtıcı heyvanlarla necə davranmağı öyrədirmış.