Kriştianu Ronaldu Lionel Messi ilə arasındakı qol fərqini artırdı

Kriştianu Ronaldu Lionel Messi ilə arasındakı qol fərqini artırdı

Portuqaliya millisinin və “Ən-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Almaniya yığması ilə UEFA Millətlər Liqasının yarımfinal matçında həlledici qola imza atıb.

Oxu.Az xəbər verir ki, 40 yaşlı hücumçu 68-ci dəqiqədə rəqibin qapısına yol tapıb (2:1).

Millinin heyətində dünya rekorduna sahib olan forvard bununla aktivində olan qolların sayını 137-ə çatdırıb. Ümumilikdə isə bu, ulduz futbolçunun karyerasında 937-ci qol olub.

Bu göstəricidə ikinci yer “İnter Mayami”nin hücumçusu Lionel Messiyə (Argentina millisinin heyətində 112 qol) məxsusdur.

Qeyd edək ki, Ronaldo Portuqaliya yığması ilə 2016-cı ildə Avropa çempionatının, 2019-cu ildə Millətlər Liqasının qalibi olub. O, 2004-cü ildə Avropa çempionatında gümüş, 2012-ci ildə isə Avropa çempionatında və 2017-ci ildə Rusiyada keçirilən Konfederasiyalar Kubokunda bürünc medal qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × one =