KTMT-dən gözləntilərimiz PUÇ OLDU, ümid Rusiyayadır -Simonyan

KTMT-dən gözləntilərimiz PUÇ OLDU, ümid Rusiyayadır -Simonyan

Publika.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

“Gözləntilərimiz özünü doğrultmur. Biz xalqla daim təmasda olduğumuz üçün KTMT-nin nə üçün nəzərdə tutulan tədbirləri görmədiyini onlara izah etməkdə çətinlik çəkəcəyik. Təbii ki, biz etmişik, edirik və nəticə çıxaracağıq” – Simonyan bildirib. O əlavə edib ki, İrəvan KTMT-dən müvafiq cavab gözləməkdə davam edir.

Simonyan qeyd edib ki, Ermənistanla Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında ikitərəfli saziş var və buna görə də İrəvan “bəyanatlardan və ya parça-parça yarım sözlərdən” daha çox real dəstək gözləyir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 3 =