KTMT: “Ermənistan-Azərbaycan şərti sərhədinə missiya göndərməyə hazırıq”

KTMT: “Ermənistan-Azərbaycan şərti sərhədinə missiya göndərməyə hazırıq”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan şərti sərhədinə missiya göndərməyə hazırdır.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu təşkilatın nümayəndəsi Yuri Şuvalov deyib.

O bildirib ki, KTMT Ermənistanın təhlükəsizliyi naminə bu addımı atmağa hazırdır.

KTMT rəsmisi əlavə edib ki, qurum digər yardım tədbirləri də göstərə bilər və bu sahədə problem yoxdur.

Qeyd edək ki, daha əvvəl Ermənistan baş naziri Nikol Paşinyan KTMT-ni tənqid etmiş, bu qurumun ölkəsindən çıxdığını söyləmişdi.

Xatırladaq ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Tacikistan, Qazaxıstan və Qırğız Respublikası daxildir. Təşkilatın hazırkı baş katibi İmanqali Tasmaqambetovdur.

Qeyd edək ki, 1991-ci ildə – Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) dağıldıqdan sonra Azərbaycan-Ermənistan sərhədi demarkasiya və delimitasiya olunmayıb. Hazırki sərhəd şərti xarakter daşıyır.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 5 =