KTMT qüvvələri Ukraynaya girə bilərmi? – TƏHLİL

KTMT qüvvələri Ukraynaya girə bilərmi? – TƏHLİL

Ukraynada müharibənin alovları yüksəldikcə və prosesdə NATO-nun birbaşa iştirakı ehtimalları gücləndikcə Rusiya da analoji proseduru başladır.

Söhbət ondan gedir ki, Rusiya indi özünün iradəsi altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ukrayna ərazilərinə salmaq istəyir.

Ancaq KTMT ilə NATO-nu müqayisə etmək belə yersizdir, NATO nizamlı orduya malikdir və müasir silahlar arsenalında zənginlik təşkil edir.

KTMT üzvləri isə (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan) daha çox özlərinin hayındadırlar.

Bu, hələ KTMT-NATO müqayisəsinin ilkin göstəriciləridir, daha dərinə gedərək bura sosial-iqtisadi problemləri də əlavə etsək, deyə bilərik ki, indi hər hansı KTMT üzvü xaricdə pul xərcləmək gücündə deyil – təkcə Rusiyadan savayı.

Ümumiyyətlə isə KTMT-nin Ukraynaya daxil olması planları elə KTMT-nin özünün nizamnaməsinə ziddir.

Axı KTMT-nin ikinci bəndi BMT Nizamnaməsinin 51-ci maddəsinin bazası üzərindədir. Yəni, yalnız üzv dövlətlərdən birinə hücum olarsa, birgə və kollektiv müdafiə zərurəti yaranır.

Burada isə hücum edən tərəf Ukrayna deyil, Rusiyadır. Rusiyanın təcavüzü nəticəsində Ukraynanın bir hissəsi Rusiya ordusunun nəzarəti altındadır.

KTMT qüvvələrinin münaqişəyə cəlbi isə üçüncü dünya müharibəsinə start verməkdir, o zaman gərək NATO da özünün kollektiv müdafiə mexanizmindən yararlanaraq əks-həmləyə keçsin. Axı Rusiyanın Ukraynaya təcavüzü NATO üzvü olan Polşaya, Rumıniyaya da təhdidlər yaradır.

Əgər hadisə iki hərbi təşkilatın toqquşması halına gələcəksə, o zaman KTMT dirəniş göstərmək əzmində olmayacaq.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 7 =