Kubada tarixi bina çöküb, iki nəfər ölüb

Kubada tarixi bina çöküb, iki nəfər ölüb

Kubanın paytaxtı Havananın mərkəzində bir müddət əvvəl çatlar olan tarixi bina çöküb.

APA xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Hadisə zamanı dağıntılar altında qalan 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Bina söküntü işləri aparılan zaman qəfil çöküb.

Dağıntılar altında qaldığı güman edilən bir şəxsi tapmaq üçün itlərdən istifadə olunur.

Kuba Yanğından Mühafizə İdarəsinin verdiyi açıqlamada binada çatlar əmələ gəldikdən sonra təxliyyənin aparıldığı, lakin çökmə zamanı bəzi insanların dağıntılar altında qaldığı bildirilib.

Uçmuş binanın yaxınlığında yerləşən məktəbin şagirdləri də ehtiyat tədbiri olaraq başqa tədris ocağına göndərilib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + 1 =